Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi ardıcıl şəkildə davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Qayıdış proqramı çərçivəsində bu gün səhər Bakı şəhərindən Xankəndi şəhərinə yola salınan ilk köç karvanı mənzil başına çatıb.

Köç karvanında yer alan 36 ailə, ümumilikdə 162 nəfər Xankəndi şəhərində daimi məskunlaşıb.

Xankəndiyə köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Doğma yurda qayıdan sakinlər dövlət tərəfindən yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Sakinlər, həmçinin torpaqlarımızın işğaldan azad olunmasında mühüm rol oynayan Azərbaycan Ordusuna təşəkkür edərək, bu yolda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.