Xankəndidə işləmək üçün işçi axtarır - MAAŞ 1000 MANAT

Rich North MMC Xankəndidə fəaliyyət göstərən şirkət, sənədləşmə üzrə kiçik mütəxəssis vəzifəsinə işçi axtarır. İş yeri Qarabağ, Xankəndi şəhərindədir, əmək haqqı təcrübə və bacarıqlara uyğun olaraq 800–1000 AZN arasında müəyyən olunub.

Vəzifəyə müraciət edən namizədlərdən ali təhsil, müvafiq sahədə 1–3 il iş təcrübəsi, MS Office proqramlarını yüksək səviyyədə bilmək və Azərbaycan dilində sərbəst danışmaq tələb olunur. Rus və ya ingilis dili bilikləri üstünlük hesab edilir.

İşçi daxili sənəd dövriyyəsinin təşkilinə, debitor və kreditor sənədlərinin yoxlanılmasına, arxivləşdirilməsinə və məxfi məlumatların qorunmasına cavabdeh olacaq. Komanda ilə işləmə, operativlik və təşəbbüskarlıq vacib şərtlərdir.

CV-lər mövzu hissəsində “Sənədləşmə üzrə mütəxəssis” yazılmaqla info@richnorth.az

 ünvanına göndərilməlidir. Müraciətlərin son tarixi 16 fevral 2026-dır.