Onun sözlərinə görə, Azərbaycanın yaranmış vəziyyətdən istifadə edib addım atmasına dair səslənən fikirləri daha çox Rusiyanın maraqlarına xidmət edən adamlar yayırlar:
“Xankəndinə qayıtmağa başlayacağıq” - Vaxt açıqlandı
Fidan Həmişəyeva
12:32 26.02.2021
Qarabağ
1005
Ermənistandakı siyasi böhran yeni bir səviyyəyə yüksəlib. Müxalifət əvvəllər hər gün mitinq keçirib Nikol Paşinyanı siyasi səhnədən “süpürməyə” çalışırdısa, indi ordu Baş nazirin istefası tələbi ilə çıxış edir. Buna cavab olaraq Paşinyan “Facebook” səhifəsindən Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edildiyini elan etdi.
Paşinyan ordunu hərbi çevrilişə cəhddə günahlandırdı və tərəfdarlarını mitinqə çağırdı. İrəvandakı son olaylar bəzi məsələlərin yenidən gündəmə gəlməsinə də şərait yaradıb. Bəzi iddialar var ki, Azərbaycan fürsətdən istifadə edib, digər ərazilərimizi də nəzarətə götürə bilər.
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a açıqlamasında bildirib ki, belə iddiaların irəli sürülməsi çox təhlükəli bir kampaniyadır.
Onun sözlərinə görə, Azərbaycanın yaranmış vəziyyətdən istifadə edib addım atmasına dair səslənən fikirləri daha çox Rusiyanın maraqlarına xidmət edən adamlar yayırlar:
“Azərbaycana belə bir problem lazım deyil. Əvvəla ölkəmiz istər Laçın dəhlizi, istərsə də Xankəndi olsun, bütün hallarda düzgün siyasət yürüdüb, bu ərazilərə tam yiyələnəcək. May ayından etibarən həmin ərazilərə qayıtmağa başlayacağıq. Bu, birmənalı olaraq belədir.
Sözügedən iddiaların gündəmə gətirilməsi hakimiyyətdə bir qrup şəxsin işidir. Qorxurlar ki, korrupsiyaya görə həbs edilmə növbəsi onlara gəlib çatacaq. Ona görə də ölkədə qarşıdurma yaratmağa çalışırlar.
Bunun üçün yeganə yol odur ki, Azərbaycan Ordusu Xankəndi və Laçın korridoruna hücuma keçsin. Təbii ki, bölgədə də rus ordusu dayanıb. Beləliklə, Azərbaycan əldə etdiyi bütün nailiyyətləri itirsin”.
C.Nuriyev qeyd edib ki, bu fikir söyləyənlərin məqsədi ölkədəki daxili vəziyyəti qarışdırmaqdır:
“Bir məqamı dərk etmək lazımdır: neçə illər ərzində mübarizə aparıldı, bütün xristian dünyası Ermənistanı müdafiə etdi. Azərbaycan Prezidenti və ordumuz 44 gün ərzində ermənilərin əlindən hər şeyi aldısa, deməli, ölkə başçısı peşəkar bir siyasətçidir.
Baş verənlər Ermənistanın daxili işidir. Sözügedən ideyanı yayanlar Azərbaycanı sevmirlər. Onların əsas məqsədi “5-ci kolon”dan aldıqları sifarişləri icra etməkdir. Belələrinin bir adı var: rəhmətlik İsmayıl Şıxlı demişkən, “Sapı özümüzdən olan baltalardır” ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat