"Xəritə oyunu” baş tutmayacaq: "Qarabağa addım-addım qayıdırıq”
Turan
10:32 27.02.2021
Qarabağ
741
“Ermənistan deyir ki, guya “xəritələrdən xəbəri yoxdur”
“Ağ yalandır! Ermənilər harada neçə mina basdırdıqlarını çox gözəl bilirlər”
“Mina xəritələrinin bizə verilməməsi hərb qulluqçu və dinc sakinləri şüurlu şəkildə ölümə düçar etməkdir”. Bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. Dövlət başçısı vurğulayıb ki, əsas çətinlik minalardır. Çünki erməni tərəfi mina sahələrinin xəritəsini bizə təqdim etmir: “Bu, yeri gəlmişkən, cinayət olaraq qiymətləndirilə bilər. Çünki hərbi əməliyyatlara son qoyulandan sonra bizdə həm hərbçi, həm də mülki şəxslərdən həlak olanlar olub.
Buna səbəb mina sahələrin xəritəsinin təqdim olunmaması olub”. Prezident vurğulayıb ki, növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq: “Sözləri ilə əməlləri düz gəlmir. Onlara hərbi əsirləri, ölənlərin meyitlərini təhvil verdik. Biz özümüzü əxlaq normaları, insanlıq davranışları çərçivəsində aparırıq. Hansı əməkdaşlıqdan söhbət gedə bilər ki?”.
Dövlət başçısının vurğuladığı məqamı “Sherg.az”a şərh edən siyasi şərhçi Anar İmanov deyib ki, Ermənistanın “mina xəritələri” adlı oyununun vacib məqsədi var. Analitikin sözlərinə görə, emənilər bütün cəhdləri ilə azərbaycanlıların Qarabağa qayıdışını ləngitməyə çalışırlar:
“Amma bu oyun baş tutmayacaq. Biz əzəli torpaqlarımıza addım-addım qayıdırıq. Ermənistan deyir ki, guya “xəritələrdən xəbəri yoxdur”. Ağ yalandır! Ermənilər harada neçə mina basdırdıqlarını çox gözəl bilirlər. Onlar sadəcə möhtəşəm qələbəmizi həzm edə bilmir və çalışır ki, çoxlu sayda insan minalara düşüb həlak olsun. Amma minatəmizləmə prosesi çox böyük sürətlə davam edir. Yaxın gələcəkdə bu proses tam bitəcək. Dövlətimiz bunun üçün bütün tədbirləri görüb, bu problemin həlli üçün mütəxəssislər işləyir”.
Ekspert bildirib ki, Ermənistanın qeyri-səmimiliyini hər kəs görür, hər kəs anlayır:
“Məsələn Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko qeyd edib ki, işğaldan azad olunan ərazilərdə yüzlərlə kvadrat kilometr minalanmış ərazi var: “Xəritə olmadan 30 il bundan öncə doğma yurdlarından məcburi köçkün düşmüş dinc azərbaycanlıların qayıdışının təhlükəsizliyini təmin etmək çətindir”. Ermənistanın bu hərəkətləri cinayətdir. Ermənistanın Azərbaycan ərazilərini minalaması beynəlxalq qanunlara ziddir. Və bu qeyri-səmimilik bir daha göstərir ki, ermənilər bizlə mehriban qonşuluq şəraitində yaşamağa hazır deyillər.
Bir çox məsələlərdə Azərbaycan Ermənistana qarşı humanistliyini nümayiş etdirib, humanist addımlar atıb. Amma qarşı tərəfdən bu cür humanistliyin şahidi olmamışıq”.
A.İmanovun sözlərinə görə, Ermənistan öz cinayətkar əməllərindən əl çəkən deyil:
“Təəssüflər olsun ki, başqa məsələlərdə olduğu kimi, bu məsələdə də hər hansı beynəlxalq təşkilatın lazımi təpkisini görmürük. Dünya erməni terroruna qarşı laldır, kordur, kardır. Sözdə insan haqların müdafiəçilərin dilləri yenə qısalıb. Hazırda Ermənistanın etdiyi hərbi cinayətdir və gələcəkdə bunu törədənlər məhkəmə qarşısında cavab verəcəklər! Faşistlər də vaxtında arxayın idilər ki, insanlığa qarşı cinayətləri cavabsıq qalacaq. Amma Nürnberq məhkəməsi quruldu və cəlladlar layiq olduqları cəzalarını aldılar. Erməni faşistləri üçün də belə bir gün olacaq, əminəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə