"Bu mövqe eyni zamanda digər beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT –in Minsk Qrupu üçün nümunə olmalıdır. Məsələ ondadır ki, işğalçı Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər, həm də mövcud nəqliyyat kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçünsə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir.
YAP-çı deputatdan sərt mesaj: “Dağlıq Qarabağla bağlı qətiyyətli addımlar atılacaq”
Şəymən Bayramova
08:26 12.06.2020
Qarabağ
1076
"Nəticəni proqnozlaşdırmaq isə o qədər də çətin deyil”
“Ortada hamıya yaxşı məlum olan Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var”
Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır”
Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri Dağlıq Qarabağa çəkiləcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.
Vurğulanıb ki, hansısa magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub: “Bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edir. Buna görə də sözügedən təşəbbüsdən çox təəssüflənirik. Çünki bu, etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir”.
Ermənistanla və Dağlıq Qarabağı birləşdirəcək üçüncü yolun çəkilişi məsələsi Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olur.
Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlunun sözlərinə görə, Avropa Parlamentinin hər üç Cənubi Qafqaz Respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı hər şeydən öncə bu təşkilatın beynəlxalq hüuqa və bu hüquqda təsbit edilmiş dözvlətlərin əzrai bütövlüyü prinsipina obyektiv və ədalətli yanaşması kimi başa düşülməlidir:
"Bu mövqe eyni zamanda digər beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT –in Minsk Qrupu üçün nümunə olmalıdır. Məsələ ondadır ki, işğalçı Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər, həm də mövcud nəqliyyat kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçünsə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir.
Bu davranış isə qəbul edilməzdir. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir. Eyni zamanda bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir" .
Azərbaycanın öz torpaqlarının bundan sonra da uzun müddət işğal altında qalmasına dözüm göstərməyəcəyini vurğulayan deputat deyib ki, mütləq qətiyyətli addımlar atacaq:
"Nəticəni proqnozlaşdırmaq isə o qədər də çətin deyil. Ortada hamıya yaxşı məlum olan Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var . Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır. Əgər yeni nəqliyyat kommunikasiyası yaratmaqla işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə, kökündən səhv edir. Çünki Azərbaycan buna heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun mütləq bərba edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm
Ayı kabusu: 4 nəfər yaralandı, məktəblər bağlandı
18:21 02.06.2026
Hadisə