Medvedev: Saqqalını qırxan Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm

Azərbaycan Prezidenti İlham Əliyevin son sərt bəyanatından sonra Nikol Paşinyan Ermənistanın KTMT üzvü olduğunu xatırlasa, təəccüblənmərəm.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, Paşinyanın Azərbaycan Prezidentinin son sərt bəyanatlarından sonra Ermənistanın KTMT-yə üzvlüyünü xatırlayacağanı istisna etməyib.

"Saqqalını qırxan Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm. Və ya Ermənistan liderlərinin Avropa İttifaqı ilə nişanlanmaq niyyəti fonunda başqa variant... Birbaşa Aİ ilə əlaqə saxlamaq olar. Orada cənnətə namizədlərə pul və silahla kömək etməyi xoşlayırlar”, - Medvedev vurğulayıb.