Paşinyan Koşta ilə danışdı: Sülh gündəmi

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında Paşinyan Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı cari vəziyyət haqqında məlumat verib və Ermənistan hökumətinin sülh gündəmindən geri çəkilməyəcəyini vurğulayıb.