Lavrov: Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.

Onun sözlərinə görə, bugünkü danışıqlarda Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətdən kənarda qoymaq olmaz.
"Regional təhlükəsizlik Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində əhəmiyyətli rol oynayır. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırıq. Üçtərəfli razılaşmalar əsasında bütün treklərdə yardım etməyə hazırıq. Hesab edirik ki, regiondakı hazırki vəziyyəti nəzərə alsaq, üçtərəfli razılaşmalar əvvəlki kimi aktualdır", - deyə Rusiya XİN başçısı qeyd edib.