Yanvarın 21-dən İranın qərbindəki Kirmanşah vilayətində 9 günlük hərbi təlimlər başlayır.
Axar.az xəbər verir ki, bu barədə Qəsr Şirin valisi Məhəmməd Nəcəfinin ofisi məlumat yayıb.
Qeyd edək ki, hazırda İran ordusunun “Güc” təlimləri davam edir. Yanvarın 4-də başlayan bu təlimlərə ordu hissələri, eyni zamanda SEPAH cəlb edilib. Təlimlərin marta qədər davam edəcəyi gözlənilir.
Eyni zamanda İranın Natanzdakı nüvə infrastrukturu obyektləri, Fordo və Xondabdakı yeraltı obyektləri mühafizəsi də inkişaf etdirilir.
Yanvarın 19-da isə “ordunun quru qüvvələrinin döyüş qabiliyyətini artırmaq, yeni silah və texnikanın gücünü nümayiş etdirmək üçün” təlimlər başlamışdı.
Qeyd edək ki, paralel olaraq SEPAH-ın, o cümlədən dəniz və hava qüvvələrinin təlimləri də bu müddətdə davam edib.