İran ABŞ-nin sərhəd nəzarəti üzrə mütəxəssislər qrupunun Ermənistana gözlənilən səfərinə dair narahatlıq bildirməyib.
APA-nın Ermənistan mediasına istinadən məlumatına görə, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Paruyr Ovannisyan ABŞ-lə imzalanan Strateji Əməkdaşlıq haqqında Xartiyadan danışarkən bildirib.
“Xarici işlər nazirinin müavini (Vaan Kostanyan) bu günlərdə Tehranda səfərdə olub. Siz bizim iranlı həmkarlarımız tərəfindən hər hansı bir narahatlıq gördünüzmü? Əksinə, yüksək əməkdaşlıq səviyyəsi yenidən təsdiq olunub. İranla razılığa gəlmədiyimiz heç bir məsələ yoxdur, münasibətlərimiz görünməmiş dərəcədə yüksək səviyyədədir, bunu qarşılıqlı səfərlərdən, bəyanatlardan görmək olar”, - nazir müavini qeyd edib.