Ermənistanda Hindistan və İran vətəndaşlarının casusluq etdiyi haqda iddia yayılıb. Bu barədə erməni ekspert Nairi Ohikyan “xəbərdarlıq” yayıb. Onun sözlərinə görə, Hindistan və İran vətəndaşları Ermənistanın sərhədyanı yaşayış məntəqələrindəki tikinti şirkətlərində az maaşa belə işləməyə razılaşırlar. Səbəb isə odur ki, onlar məlumat toplayırlar. O bildirib ki, Bizdə artıq ağrılı faktlar var ki, bu barədə yaxın vaxtlarda danışacağam.
Qeyd edək ki, Ermənistanın külli miqdarda silah aldığı Hindistan və bu ölkənin sərhədlərini özünün “qırmızı xətti” sayan İranın vətəndaşlarını erməni ekspertlərin casusluqda ittiham etməsi diqqət çəkməyə bilməz.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a bildirib ki, Ermənistan zəif və bədbəxt bir ölkədir:
“Ermənistana miqrant və turist kimi gedən şəxslərin casusluq edərək uğurlu nəticələr qazanması mümkündür. Çünki Ermənistanın istər təhlükəsizlik, istərsə də, dövlətçilik baxımından böyük problemləri var. Görünən odur kir, Ermənistanın Hindistan, İran, Avropa və digər ölkələrlə əməkdaşlıq prinsipi altında görülən çalışmalar effektiv nəticələr vermir. Nikol Paşinyan hakimiyyəti düşünür ki, əksər ölkələrlə apardığı əməkdaşlıqlar uğurlu nəticələrlə yekunlaşacaq. Amma hadisələrin gedişi bunun əksinə hərəkət edir. İran, Hindistan, hətta Avropa ölkələrindən Ermənistana gedən şəxslərin casusluq etməsi onun gücsüzlüyünün nəticəsidir. Hindistan və İran vətəndaşlarının casusluq etdiyi ölkələrə Azərbaycan, Türkiyə ilə bağlı məlumatlar maraqlıdır. Yəni çox güman onlar bu istiqamətdə də addımları atırlar”.