Mişustin türk ölkəsinə səfərə getdi

Rusiyanın Baş naziri Mixail Mişustin Qazaxıstana səfər edib.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, üçgünlük səfər çərçicəsində baş nazir Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşəcək, Avrasiya İqtisadi İttifaqının (Aİİ) Hökumətlərarası Şurasının iclasında iştirak edəcək və “Almatı 2025” Rəqəmsal Forumunda çıxış edəcək.

Mişustinin paytaxt Astanada ölkənin Baş naziri Oljas Bektenovla da görüşü planlaşdırılır.