"Demokratiyaya qarşı hər hansı hücumu və iqtisadiyyata təxribat cəhdini təşkil edənlər məhkəmə qarşısında cavab verəcəklər".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.
O, İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə baş verən son hadisələri belə şərh edib.
"Millət qardaşlığını pusquya salanlar ədalət qarşısında cavab verəcəklər. Bu, kor-koranə düşmənçilik və ya revanşizm deyil, milli iradə refleksi və dövlət olmaq zərurətidir".