Overçuk: Ermənistan Aİ-yə daxil olarsa, Rusiya onunla iqtisadi əlaqələrini yenidən nəzərdən keçirəcək

Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, iki stulda oturmaq mümkün olmayacaq.

Overçuk vurğulayıb ki, Ermənistan Aİ-yə daxil olarsa, Rusiya onunla iqtisadi əlaqələrin bütün spektrini yenidən nəzərdən keçirməli olacaq.

Qeyd edək ki, Ermənistan parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanunu yekun oxunuşda qəbul edib.