İmamoğlunun vəkili Mehmet Pehlivan saxlanılıb

İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan əməliyyat zamanı həbs edilən Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan saxlanılıb.

Sherg.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun Pulların Yuyulmasına Qarşı Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində evində saxlanılan Pehlivan haqqında həbs qərarı verilib. 
Sağlamlıq idarəsindən keçirilmək üçün Bayrampaşa Dövlət xəstəxanasına gətirilən Pehlivan,  əməliyyatlardan sonra İl Təhlükəsizlik Müdirliyinə aparıldı.