Paşinyanın Qriqoryanı Belçikaya göndərir

Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqroyanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-17-də Belçikada işgüzar görüşlər keçirəcək.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, səfərlə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan qərar verib.

“İşgüzar görüşlərin keçirilməsi üçün Ermənistan TŞ-nin katibi Armen Qriqoryan, Təhlükəsizlik Şurası katibinin köməkçiləri Sevak Kaqramanyan və Konstantin Qazaryan aprelin 15-dən 17-dək Belçika Krallığına ezam olunublar”, - deyə bildirilib.