Qardaş ölkədə benzin ucuzlaşdı

Dünya birjalarında neftin ucuzlaşması Türkiyədə avtomobil yanacağının qiymətlərinə təsir edib.

Axar.az xəbər verir ki, bu gecə yarısından etibarən Türkiyədə benzin 2 lirə 24 qəpik ucuzlaşıb.

10 apreldən yanacaq İstanbulda 46,83 lirə (2,10 manat), Ankarada 47,40 lirə (2,12 manat), İzmirdə 47,75 lirəyə (2,14 manat) satılır.