Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan beş gündür davam edən güclü şaxtaların zərərindən danışıb.
Teleqraf xəbər verir ki, Prezident bu barədə sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Türkiyə müxalifəti ölkədə yaşanan "hər fəlakəti" hakimiyyəti tənqid etmək üçün "fürsət" görür.
O qeyd edib: "Zərərin qiymətləndirilməsi işləri tamamlanmamış milləti təşvişə salmaq üçün hər cür manipulyasiyaya əl atdılar. Ərzaq təhlükəsizliyimizin təhlükə altında olmasından tutmuş, xarici ölkələrdən asılı olacağımıza qədər çoxlu cəfəngiyyatlar yayıblar. Şükürlər olsun ki, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulları, xüsusilə dənli, paxlalı və yağlı bitkilərlə bağlı daxili ərzaq təminatına mənfi təsir edəcək risk yoxdur".
Türkiyə lideri onu da qeyd edib ki, temperaturun -17 dərəcəyə enməsi ilə əlaqədar müəyyən bölgələrdə ərik, üzüm, alma, şaftalı, nektarin və s. kimi bəzi meyvə sortlarında problem yaranıb.