Ermənistanda marixuananı leqallaşdırmaq lazımdır.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuata Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.
Spiker mövqeyini belə əsaslandırıb:
“Bu gün dünya marixuana ilə mübarizə aparmaq iqtidarında deyil. Buna görə də ona nəzarət etmək üçün leqallaşma yolunu seçmək lazımdır”.