Türkiyədə 17 tələbə qidadan zəhərlənib

Türkiyənin Bartın şəhərində 17 tələbə qidadan zəhərlənib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, onların istifadə müddəti keçmiş qənnadı məhsullarından zəhərləndikləri bildirilir.

Tələbələrdə ürəkbulanma, qarın ağrısı və qusma halları müşahidə olunub.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Tələbələrin durumlarının yaxşı olduğu qeyd edilir.