ABŞ-a heç bir güzəştə getməyəcəyik - Bagiri

İran ABŞ-a qarşı heç bir güzəştə getmək fikrində deyil.

Axar.az xəbər verir ki, bunu İranın Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Bagiri yerli mediaya müsahibəsində deyib.

"İranın seçdiyi yol ali rəhbər (Müctəba Xamenei) tərəfindən bəyan edilmiş prinsiplər əsasında aydın şəkildə müəyyən edilib", - o bildirib.

Bagirinin sözlərinə görə, İran nüvə enerjisi sahəsindəki nailiyyətləri və Hörmüz boğazı ilə bağlı məsələləri daim qoruyub saxlayacaq.