Ermənistan Fransa istehsalı olan “Caesar” haubitsaları ilə təlim keçirdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa istehsalı olan 155 millimetrlik “Caesar” özüyeriyən artilleriya qurğularının iştirakı ilə keçirilən təlimlərin görüntülərini paylaşıb.

Sherg.az xəbər verir ki, nazir Ermənistan ordusunun hərbçilərinin ölkədə “Aramazd” adı verilən bu sistemlər üzrə hazırlıq keçdiyini bildirib.

Qeyd edək ki, İrəvan və Paris 2024-cü ilin iyununda 36 ədəd “Caesar” artilleriya qurğusunun tədarükünə dair müqavilə imzalayıb. Fransa son illər Ermənistanla müdafiə sahəsində əməkdaşlığını genişləndirir.