Ermənistanın iqtisadiyyat nazirinin müavini Arman Xocoyan İspaniyaya göndərilən ərik partiyasının daşınma zamanı xarab olması ilə bağlı xəbərləri təkzib edib.
Sherg.az-ın məlumatına görə, Xocoyan bildirib ki, Ermənistandan İspaniyaya hələlik ərik ixracı həyata keçirilməyib. Xocoyanın sözlərinə görə, mediada yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd edək ki, son aylarda Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına bir sıra məhdudiyyətlər tətbiq edib. Buna baxmayaraq, Rusiya Ermənistan məhsullarının əsas ixrac bazarı olaraq qalır.