Ermənistanda ilk dəfə bütün ermənilərin Katolikosu yeni çağırış parlamentin ilk iclasında iştirak etməyəcək.
Sherg.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, indiyədək Eçmiədzinə rəsmi dəvət göndərilməyib. Hakim komandanın Katolikosa xüsusi dəvət göndərməyi planlaşdırmadığı və bunu qanunvericilikdə onun çıxışının məcburi deyil, hüquq kimi nəzərdə tutulması ilə əsaslandıracağı iddia olunur.
Qeyd edək ki, Ermənistan parlamentinin 9-cu çağırışının ilk iclası avqustun 3-də keçiriləcək. İndiyədək bütün çağırışların ilk iclaslarında Katolikos çıxış edərək deputatlara xeyir-dua verib.
Bu qərar Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında son dövrlər daha da dərinləşən gərginlik fonunda verilib.