Fransanın Ermənistandakı səfirliyi qonaqların zəhərləndiyini təsdiqlədi

Fransanın Ermənistandakı səfirliyi iyulun 14-də Fransanın Milli Bayramı münasibətilə təşkil olunan qəbul mərasimində iştirak edən bəzi qonaqlarda qida zəhərlənməsi əlamətlərinin müşahidə olunduğunu təsdiqləyib.

Sherg.az xəbər verir ki, səfirliyin yaydığı açıqlamada qonaqlardan üzr istənilib və hadisənin səbəblərinin araşdırılması üçün Ermənistanın Səhiyyə Nazirliyinə müraciət edildiyi bildirilib.

“2026-cı il iyulun 14-də Fransanın Milli Bayramı münasibətilə səfirlikdə təşkil olunan qəbulun bəzi iştirakçıları qida zəhərlənməsi simptomları barədə məlumat veriblər. Yaranmış narahatlığa görə həmin qonaqlardan səmimi üzr istəyirik”, - deyə açıqlamada qeyd olunub.