
İranla ABŞ arasındakı diplomatik uğur regionda münasibətlərin dəyişməsinə təsir göstərə bilər -Politoloq
10:53 22.04.2025
Region
379
ABŞ ilə danışıqlarda müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq razılaşmaya hazırıq.
Bu açıqlama ilə İran Prezidenti Məsud Pezeşkian çıxış edib.
O bildirib ki, ABŞ bərabər şərtlərlə sazişi qəbul etməkdən imtina etsə, İran öz yolu ilə gedəcək.
Qeyd edək ki, İran və ABŞ arasında nüvə danışıqlarına dair Oman (12 aprel) və İtaliyada (19 aprel) danışıqlar keçirilib. Növbəti danışıqlar 26 apreldə Omanda baş tutacaq.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a söyləyib ki, İranla ABŞ arasında görüşlər adət halını alıb:

“Bu həftənin sonunda birbaşa olmayan görüşün üçüncü mərhələsi keçiriləcək. Görüşün davamlı xarakter alması tərəflərin müəyyən məsələlərdə razılığa gəldiklərinin göstəricisidir. Müzakirə olunan başlıca mövzu isə Tehran tərəfinin iddiasına görə İranın nüvə proqramı və sanksiyaların aradan qaldırılmasıdır. Tehran hakimiyyəti bu görüşdə başqa mövzuların müzakirə olunduğunu istisna edir və nüvə məsələsiylə qarışdırılmasına qarşı çıxır. Tehran bildirir ki, görüşlər nəticəsində müzakirə olunan məsələlərlə bağlı razılıqlar əldə olunarsa, ondan sonra başqa mövzularda danışıqlar keçirmək mümkündür. Hesab edirəm ki, İranla ABŞ arasında diplomatik təmaslar nəticəsində uğur əldə olunarsa, bu regionda müəyyən münasibətlərin dəyişməsinə təsir göstərə bilər. Məsələn, İranda olan ənənəvi İsrailə və Amerikaya ölüm şüarı aradan qalxar, Tehran-Qüds münasibətlərində müəyyən yumşalma yaşanar. Eyni zamanda İsraillə əməkdaşlıqdan çəkinən ölkələrin problemləri aradan qalxar və region ölkələri arasında iqtisadi, ticarət əlaqələri inkişaf edər. Belə olan halda regionda Qərb, Amerika başda olmaqla əsas təsiredici qüvvə ola bilər. Bu isə bölgədə Rusiya və Çinin təsirlərini zəiflədir. Hələlik razılaşma nüvə proqramı və sanksiyaların götürülməsiylə bağlıdır. Tehran hakimiyyəti nüvə silahı hazırlamamağı və uranın zənginləşdirilməsini 3.67 faizdən artıq etməməklə bağlı üzərinə öhdəlik götürməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya