İraqın Baş naziri Əli əz-Zeydi Tehrana səfər edəcək. Səfər zamanı bir neçə ikitərəfli əməkdaşlıq sazişinin imzalanacağı gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, İraq xarici işlər nazirinin müavini Bağdadda İran səfirini qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlər və İraq baş nazirinin gələn həftənin sonunda Tehrana planlaşdırılan səfərinin gündəliyi müzakirə olunub.
Bildirilib ki, tərəflər səfər çərçivəsində hər iki ölkənin maraqlarına xidmət edəcək birgə əməkdaşlıq sahəsində bir sıra anlaşma memorandumlarının imzalanmasını müzakirə ediblər.
Qeyd edək ki, İraqın Baş naziri ötən gün ABŞ-a rəsmi səfərini başa vurub. Səfər zamanı o, ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.