İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində 42 şübhəli saxlanılıb
14:28 15.08.2025
Region
370
İstanbul Böyükşəhər Bələdiyyəsi və Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının bəzi digər bələdiyyələrinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində Beyoğlu Bələdiyyəsinin başçısı İnan Güneyin də aralarında olduğu daha 42 şübhəli saxlanılıb.
AZƏRTAC xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən həbs edildikdən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun da aralarında olduğu təqsirləndirilən şəxslər barəsində cinayət təşkilatına rəhbərlik etmək, cinayət təşkilatına üzv olmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənfəət əldə etmək, rüşvət, xüsusi dələduzluq, şəxsi məlumatları qanunsuz yolla ələ keçirmək və tenderə müdaxilə edərək saxtakarlığa yol vermək ittihamları ilə aparılan istintaq davam edir. Bu çərçivədə aparılan araşdırmalarda bir sıra dələduzluq əməliyyatlarında iştirak etdiyi müəyyən olunan İnan Güneyin də daxil olduğu 35 şübhəli müəyyənləşdirilib. Daha 9 nəfərin isə maddi qazanc məqsədilə cinayət təşkilatının sosial media strukturu ilə əlaqələsi aşkarlanıb. Şəxsiyyətləri müəyyən edilən 44 təqsirləndirilən barəsində həbs qərarı çıxarılıb. Bu istiqamətdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində şübhəlilərdən 42-i saxlanılıb. İstintaq davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm