Paşinyan: Vardenis Ermənistanın bərpa olunan enerji paytaxtına çevriləcək

Ermənistanın baş naziri Nikol Paşinyan Geğarkunik vilayətinin Vardenis şəhərinin ölkənin bərpa olunan enerji paytaxtına çevriləcəyini bildirib.

Sherg.az xəbər verir ki, o, bu barədə hökumətin bugünkü iclasında bildirib.

Onun sözlərinə görə, Vardenis külək enerjisinin inkişafı üçün böyük investisiya potensialına malikdir. Paşinyan bunu ərazinin Sevan gölünün sahilində yerləşməsi, iqlim şəraiti və təbii imkanları ilə əlaqələndirib.

Qeyd edək ki, Vardenisin yaxınlığında Ermənistanın ən böyük günəş elektrik stansiyası olan “Masrik-1” yerləşir.