40 saat işlədi...
Məlahət Rzayeva
21:33 22.06.2021
Relaks
6603
Səma daşından nişan üzüyü düzəltdi
Nişanlanmağa hazırlaşanların nişan üzüyü axtarışları da bir başqa aləmdir. Hamı istəyir ki, nişan üzüyü başqalarından fərqlənsin, qeyri-adi olsun, dost-tanışa nümayiş etdirib öyünsün. Günümüzdə bu, çətin işdir. Çünki zərgərlik məmulatlarının demək olar 99 faizi bir-birinin eynidir. Sanki hamısı eyni qəlibdən, eyni zərgər əlindən çıxıb. Bir nəfərsə kimsənin ağlına gəlməyəni edib. Göy daşından – nə vaxtsa səmadan yerə düşmüş daş parçasından nişan üzüyü düzəldib.
“Şərq” Türkiyə mediasına istinadən bildirir ki, adam bu iş üçün nə az, nə çox, düz 40 saat çalışıb. Xüsusi alətlərdən istifadə etməklə əvvəlcə daşın ortasında dəlik açıb. Sonra onu saatlarla cilalayıb, üzüyün qaşı üçün də yer müəyyən edib.
Nəticə heyranedici olub. Səma daşından nişan üzüyü hazırlayan adam gördüyü işin bütün detallarını əks etdirən videonu sosal şəbəkədə yerləşdirib.
Bir müddət əvvəl buna bənzər bir sənətkarlığı Qərbi Afrika ölkəsi Namibiyada “Laporkensten” adı altında “Reddit” sosial şəbəkəsində bir nəfər də paylaşmışdı. Bu daş XIX əsrdə göydən yerə düşmüş Gibeon meteoriti idi. Laporkensten meteoritin kiçik bir parçasından üzük düzəltmişdi. Bu işi şəxsi avtomobil qarajında qurduğu dəzgahlar sayəsində icra etmişdi. Gibeon meteoriti XIX əsrdə yerə düşərək 275 kilometrlik bir əraziyə yayılan meteoritdir. Sənətkar demişdi ki, meteorit parçasını üzük halına salmaq üçün polad bıçaq istehsalındakı üsullardan istifadə edib. Amma hər “təbii”, “mineral” adı verilən daş da göydəndüşmə deyil.Qeyri-adilik axtaranlar görünüşə aldanmasın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol