Canavar həyatı yaşamaq istədi
Yusif Nəzərli
16:09 07.01.2023
Relaks
2080
Gənc 50 gün içində arzusuna çatdı
Yaponiyalı gənc ən böyük xəyalına qovuşub. İllər öncə bir köpək kostyumu geyinərək itlərin həyat tərzini əks etdirən başqa bir gənc - Toco-Sanı təqlid edən adam canavara dönmək istədiyini elan edib. Canavar həyatı yaşamaq istəyən, arzusuna çatmaq üçün onu gözləyən bütün çətinliklərlə razılaşan gənc, nəhayət, 50 günün tamamında canavar həyatı sürməyə başlayıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, heyvanların, xüsusən də canavarların həyat tərzi bu gənci daim düşündürüb. Xəyalında canavar həyatını canlandıran gənc bu həyatı gerçəkdən yaşamaq üçün müxtəlif yollara baş vurub. Əvvəlcə vaxtilə Toco-Sana köpək kostyumu hazırlamış həmin geyim firmasıyla əlaqə yaradıb. Bu firma illər əvvəl Toco-sana köpək kostyumu tikmişdi. Kostyumu geyinən gəncin xarici görkəmi bir köpəkdən seçilmirdi. Gənc köpəklər kimi yürüyür, yuvarlanır, atlanıb-düşürdü. Kostyumun tikilməsinə 40 gün sərf edilmişdi. Bu kostyumu Toco-San 2 milyon yapon yeni miqdarında, yəni 286 min 379 türk lirəsinə alıb. Kostyumu geyinən gənc sürdüyü “it həyatı”nı videoya çəkib yutub kanalında açdığı 'I Want To Be An Animal' (“Heyvan olmaq istəyirəm”) adı altında paylaşımlar edir. Məşhur kostyum şirkəti “Zennet” isə daha bir gəncin xəyalına qovuşmasına yardımçı olub. Bu, məhz canavar həyatı yaşamaq istəyən gəncdir. Toco-Sandan sonra bu gənc də geyim firmasına müraciət edib və canavar kostyumu sifariş edib. Gəncin bədən ölçüləri dəqiqliklə alınıb, vəhşi təbiət qoynunda yaşayan canavarlar uzun müddət izlənib. Kostyumun hazırlanması 50 gün çəkib. Bu dəfə gənc 3 milyon yapon yeni xərcləyib. Gənc canavar kostyumunu əyninə geyindiyi anı belə xatırlayıb: “Uşaqlıqdan bəri heyvanları çox sevirəm və bu sevgi məndə onlardan biri olmaq arzusu oyatdı. Televizorda bir çox insanın əyləncə məqsədilə müxtəlif heyvan kostyumları geyindiyini görürdüm. Düşündüm ki, niyə də mən canavar kostyumu geyinməyim?! Kostyumu əynimə geyinib güzgü qarşısında dayandığımda canavar görkəmimə heyran qaldım. Canavara dönmüş halım çox cazibəli idi. Arxa ayaqları üzərində yeriyən gerçək bir canavara dönməyim çox çətin oldu, amma mən bunu bacardım. Artıq həqiqi canavara bənzəyirəm”. Geyim firması isə müştərisinin adını gizli saxlayır. Bununla belə firma müştərisinin tualet ehtiyacı yarandıqda geyimini çıxarmadan ehtiyacını ödəyə bilməsi və havalandırma üçün də bütün detalları nəzərə aldıqlarını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region