Foto çəkilişində təbii gülümsəmə alınmır
Yusif Nəzərli
06:53 25.01.2023
Relaks
2154
Çünki süni gülüş zamanı təbii gülüşün ortaya çıxmasına səbəb olan əzələlərin heç biri iştirak etmir
İnsan beyni süni gülüşə etiraz edir, əzələlər hərəkətsiz qalır
“Sehirli xalat” filmində pioner Rəşidin “Zərifə, gülümsə!” müraciəti az qala bütün fotoçəkilişlərin şüarına çevrilib. Foto çəkən qarşısındakıların gülümsəməsini, daha rahat, təbii görünmələrini istəyirsə, onlardan özlərini rahat hiss edərək gülümsəmələrini xahiş edir. Fotosu çəkilən insanlar niyə ciddi görkəm almağa çalışır, belə deyək; özlərini “qurudurlar”? Bəziləri də hansısa fotolarını bəyənməyib “üzümdən düşən “min parça” deyərək o şəkilləri cırıb atır. Foto çəkilərkən təbii halda gülümsəməni çətinləşdirən səbəblərə Webtekno aydınlıq gətirib.
“Şərq” “NTV,com.tr”yə istinadən bu səbəbləri açıqlayır. Elektrofiziologiya sahəsində cəlbedici tədqiqatlara imza atan fransız nevroloq Guillaume Duchenne hələ 1860-cı ildə saxta və təbii gülüşlərlə bağlı təhqiqatlar aparıb. Nevroloq “İnsanın üz ifadəsinin mexanizmləri” adlı əsərində bu məsələyə aydınlıq gətirərək insanın keçirdiyi hisslərlə üz ifadəsi arasındakı əlaqəni göstərib. Bu sahədə apardığı çoxsaylı tədqiqatlara görə, sevincli anlarda yaranan təbii gülüşə alimin adı verilib.
Təbii gülüşə “Duchenne gülümsəməsi” deyilir. Elə isə obyektivə tuş gəlmiş gülüşün saxta, yoxsa süni olduğunu necə anlaya bilərik? Təbii gülüşlər zamanı dodaqların kənarları yuxarıya doğru dartılır.
İnsan gülərkən üzdəki hansı əzələlər fəalıyyətdə olur? Gülüş deyildikdə adətən yay şəklini almış ağız göz önünə gəlir.
Gülümsəyərkən dodaqların kənarları ziqomatik mayor əzələlər sayəsində yuxarıya doğru dartılır. Ancaq məsələ bu qədər bəsit deyil. Gülərkən gözlərimiz də qıyılır. Bu isə üzdəki “orbicularis oculi” adlı əzələ sayəsində baş verir. İnsan beyni “ən ağıllı” orqan olaraq süni gülüşlə təbii gülüşü də bir-birindən ayırmağı bacarır. Süni gülüş zamanı təbii gülüşün ortaya çıxmasına səbəb olan əzələlərin heç biri iştirak etmir.
İnsan beyni süni gülüşə etiraz edir, əzələlər hərəkətsiz qalır. Yəni əzələlər süni işə “qol qoymur”. Ona görə də diqqətlə baxıldığında təbii gülüşlə süni gülüşü ayırd etmək çətin deyil. Beyin üz ifadəsinin dəyişməsinə səbəb olan duyğuları hiss etməkdə müdhiş bacarığa sahibdir. Beyni aldatmaq mümkün deyil.
Gülüşün süni olduğunu bilmək istəyirsinizsə, “gülən” insanın göz və yanaq əzələlərinə də diqqət edin. Göz və yanaq əzələləri eyni işi görmürsə, biri sakit, digəri “güləyəndirsə”, demək, bu, süni gülüşdür. Təbii gülüşün adı olduğu kimi saxta gülüşlərə ad verilib:
“Pan Amerikan gülümsəməsi”. Bu ad “Pan Amerikan Havayolları” hosteslərinin (təyyarədə sərnişinlərin rahatlığını təmin etmək vəzifəsi daşıyan xidmətçilər) sərnişinlərə iltifat göstərmək məqsədilə daim gülümsədikləri üçün yaranıb. Son zamanlar “botoks gülümsəməsi” də dövrəyə daxil olub. Üzündə, ağız və göz kənarlarında botoks etdirənlər də daim “gülür”. Bu da saxta gülüşün bir növüdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm