
Ermənistan Vaşinqtonda verdiyi sözə əməl etməlidir - RƏY
Yusif Nəzərli
05:58 28.10.2025
Gündəm
603
Azərbaycanın maraqları Zəngəzur dəhlizində tam təmin olunmalıdır
“Rusiyanın Ermənistana çıxışı üçün yeganə sabit yol Azərbaycandan keçir”
Azərbaycan Rusiya məhsullarının Ermənistana daxil olmasına icazə verməyə hazır olduğunu açıqlayıb. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. O bildirib ki, iki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının öz ərazisindən Ermənistana daşınması üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqlədi:
"Bu baxımdan, biz də çox maraqlı irəliləyişlər əldə etmişik. Rusiya Dəmir Yolları hazırda regional həmkarları ilə birlikdə bu daşımaların təşkili üzərində işləyir. Eyni zamanda, bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik". Xatırladaq ki, oktyabrın 24-də Rusiya rəhbəri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Liderlər ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər. Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Politoloq Natiq Miri Sherg.az-a açıqlamasında deyib ki, Zəngilanın Ağbənd qəsəbəsinədək dəmiryol xəttinin çəkilməsi yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, 2026-cı ilin yazınadək işlər bitəcək:

"Bununla Rusiyadan dəmiryolu ilə göndərilən yüklər asanlıqla Ermənistan sərhədinə qədər çox rahatlıqla gələ biləcək. Problem sonuncu məntəqədən, yəni Ağbənddən sonra yüklərin Ermənistana necə daşınacağı ilə bağlıdır. Rusiya rəsmisinin açıqlamasından aydın olur ki, daşınan tranzit yüklər olacaq. Bunun beynəlxalq tranzit, yoxsa Azərbaycanın daxili gömrük proseduru çərçivəsində həyata keçiriləcəyinə dair açıqlama yoxdur. Beynəlxalq tranzit məsələsində hansısa gömrük rüsumundan və yüklərin yoxlanmasından söhbət getmir. Ancaq daxili xüsusi gömrük prosedurunda rüsumlar təklif oluna bilər".
N.Miri qeyd edib ki, əgər Rusiyadan gələcək yüklərin 2026-cı ildən öncə Ermənistana çatdırılmasından söhbət gedirsə, Qazaxa qədər dəmiryol xəttimiz var:
"Lakin Qazaxdan yüklərin Ermənistana necə, hansı formada daşınacağı bəlli deyil. İstənilən halda bu yüklərin Azərbaycana buraxılması həm Rusiya, həm də Ermənistan üçün böyük üstünlüklər deməkdir. Çünki Gürcüstanın Lars məntəqəsi ilin bütün aylarında tam olaraq fəaliyyət göstərə bilmir, qış aylarında ciddi çətinliklər yaşanır. Belə məqamda Azərbaycanın Rusiyadan gələn yüklərin daşınmasına, logistik məsələlərinə razılıq verməsi perspektivdə həm də Ermənistandan əks istiqamətdə Rusiyaya yüklərin daşınmasına imkan verəcək. Bu, həm də Ermənistan üçün stimuldur ki, 8 avqust Vaşinton görüşündə üzərinə götürdüyü öhdəliklərin icrasını sürətləndirsin. Azərbaycan Prezidenti vurğuladı ki, 2028-ci ilədək Zəngəzurdan keçəcək 44 km.lik dəhliz hazır ola bilər. Bu, ABŞ-Ermənistan arasında texniki məsələlərin razılaşdırılması ilə bağlı məsələdir. Əsas odur ki, siyasi iradə və qərar mövcuddur. Sadəcə, texniki və təhlükəsizlik məsələləri qalıb ki, burada da Azərbaycanın maraqları mütləq nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət