2500 il əvvəl başlayan möcüzəli limon suyu! 

Limonlu su içmək uzunmüddətli sağlamlığınız üçün edə biləcəyiniz ən sadə, ucuz və sürətli səhər ritualı ola bilər. 
sherg.az xarici mediaya istinadən xəbər verir ki, tarixi Roma İmperatorluğuna qədər uzanan limonun 2500 il əvvəl Hindistanın Şimal-Qərb bölgəsində ilk dəfə tam şəkildə becərildiyi iddia edilir. Buna görə də, toksinləri çıxarmaq və həzmi stimullaşdırmaq üçün istifadə edilən limon suyunun da Ayurveda təbabətinin qədim sağlamlıq sisteminə əsaslandığını iddia etmək məntiqlidir.
Limonlu suyun tarixinə getdikcə kifayət qədər maraqlı məlumatlarla rastlaşırıq. Məsələn, qədim misirlilər limondan və limon suyundan bir çox zəhərə qarşı, hətta meyitləri mumiyalayarkən qoruyucu vasitə kimi istifadə edirdilər.
Qədim yunanlar yemək, təmiz su saxlamaq və hətta bəzi xəstəlikləri müalicə etmək üçün limona  üstünlük verirdilər.
Hindistandan sonra limon İspaniyaya, daha sonra Şimali Afrikaya, daha sonra bütün Avropaya yayıldı. 1493-cü ildə Xristofor Kolumb tərəfindən toxum kimi Amerikaya aparılmışdır.

Limon və suyunun tarixə ən çox təsir etdiyi hadisə, ehtimal ki, 1747-ci ildə baş verib.

Şotlandiyalı həkim Ceyms Lind C vitamini çatışmazlığından əziyyət çəkən dənizçilər arasında yayılmış
 xəstəliyini müalicə etmək üçün limon və suyundan istifadə edib.