Covid-19-un yeni variantı sürətlə yayılır: XƏBƏRDARLIQ


İngiltərədə Covid-19-un Omicron virusunun alt variantı olan Eris (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb. Yeni variant ölkədə hər 7 hadisədən birini təşkil edir. Elm adamları Covid-19 hadisələrinin artmasının "Barbie" və "Oppenheimer" filmlərinin eyni vaxtda yayımlanması və milyonlarla insanın kinoya getməsi ilə bağlı ola biləcəyini düşünürlər.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinə (UKHSA) görə, yeni Eris variantı ölkə üzrə hər 7 yeni hadisədən birinə təsadüf edir.

Eris Böyük Britaniyada ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb, bu halların təxminən yarısını 39,4 faiz təşkil edir.

Səlahiyyətlilər, dünyada Covid-19 hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildiriblər.

Hesab olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırmış ola bilər.