Həyatın çətinlikləri qarşısında nəzarəti itirdiyiniz zaman streslə qarşılaşa bilərsiniz. Belə vaxtlarda istifadə edəcəyiniz motivasiyaedici ifadələr sizi rahatlaşdıra və nəzarəti əldə etməyə kömək edə bilər.
Sherg.az türk mediasına istinadən stress səviyyənizi azalda biləcək motivasiya ifadələri təqdim edir...
Nəzarəti itirdiyiniz zaman özünüzü stressdən azad və rahat hiss etmək olduqca çətin ola bilər. Bu anlarda nəfəsinizi idarə etməli və özünüzü sakitləşdirməlisiniz.
Özünüzü sakitləşdirmək üçün təklif edən ifadələrdən istifadə edə və ya hətta ucadan təkrarlaya bilərsiniz. Stressi azaltmaq üçün hər gün təkrarlaya biləcəyiniz ifadələr bunlardır:
1- "Dərin nəfəs alın"
2- "Mükəmməl olmağa ehtiyacım yoxdur"
3- "Öz axarına buraxıram"
4- "Hər duyğu müvəqqətidir"
5- "Dünyanın sonu deyil"
6- "Yavaşla"
7- "Mən bu stress hissini idarə edə bilirəm, onun məni idarə etməsinə icazə vermək məndən asılıdır"
8- "Stressli olsam da, özümü sevirəm, özümə hörmət edirəm"
9- "Bütün təcrübələr mənim öyrənmək və inkişaf etmək istədiyim bir fürsətdir"
10- "Nəfəs aldığımı və rahatladığımı hiss edirəm"