Əsrlərdir yarpaqları ənənəvi təbabətin bir parçası kimi istifadə edilən "Moringa Oleifera" çox tanınmayan, lakin bir çox mədəniyyətlərdə istifadə edilən və dünyanın ən faydalı bitkisi hesab edilən bir ağacdır.
Sherg.az Manset.az-a istinadən xəbər verir ki, bitkinin tərkibində yerkökündən 10 dəfə çox A vitamini, portağaldan 12 dəfə çox C vitamini, süddən 17 dəfə çox kalsium, banandan 15 dəfə çox kalium, ispanaqdan 25 dəfə çox dəmir, qatıqdan 9 dəfə çox zülal var.
Morinqa mühüm mineralları ehtiva edir və həmçinin zülal, vitaminlər, beta-karotin və amin turşuları baxımından çox zəngindir.