
Narkotiklərlə mübarizədə ən təsirli yanaşma... -AÇIQLAMA
11:13 30.06.2025
Cəmiyyət
364
İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.
Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb.
Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.
Fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri görülür.
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza "Sherg.az"a deyib ki, narkotiklərlə mübarizədə ən təsirli yanaşma problemin kökündən həllinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsidir:

“Burada əsas prioritet, cəmiyyətdə narkotik vasitələrə olan tələbatın azaldılmasıdır. İnsanların bu maddələrə yönəlməsi müəyyən psixososial və fiziki ehtiyacların nəticəsi kimi qiymətləndirilməlidir. Belə ehtiyaclar, əsasən qidalalarda olan yetərsizlik nəticəsində baş verir. Bu səbəblərin aradan qaldırılması isə müəyyən tədbirlərin təməlini təşkil edir. Eyni zamanda, narkotiklərə qarşı effektiv mübarizənin ikinci əsas komponenti maarifləndirmə fəaliyyətləridir. Bu fəaliyyətlər ailə mühitindən başlayaraq məktəblərdə davam etməli, geniş ictimaiyyətə isə televiziya, internet platformaları və digər kütləvi informasiya vasitələri ilə çatdırılmalıdır. Cəmiyyət narkotikin fəsadları, narkotik asılılığının insan həyatı və sosial münasibətlərə vurduğu zərərlər haqqında əhatəli və sistemli şəkildə məlumatlandırılmalıdır. Bu məqsədlə sənədli filmlər, sosial çarxlar və televiziya proqramları hazırlanmalı, narkomaniyadan əziyyət çəkmiş şəxslərin həyat hekayələri ictimaiyyətə təqdim olunmalıdır. Bununla yanaşı, artıq narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi faktları baş verdikdə, hüquq-mühafizə orqanlarının rolu ön plana çıxır. Bu mərhələdə əsas hədəf narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Satış kanalları və bu fəaliyyətdə iştirak edən şəxslər ciddi nəzarətə götürülməli, hüquqi məsuliyyətə cəlb olunmalıdır. Satışın davam etməsi alıcılığın mövcudluğunu stimullaşdırır. Bu səbəbdən, narkotiklərin dövriyyəsi üzrə inzibati və cinayət məsuliyyəti gücləndirilməli, bu sahədə fəaliyyət göstərən şəxslərə qarşı sərt hüquqi tədbirlər həyata keçirilməlidir. Əlavə olaraq, artıq narkotik asılılığı formalaşmış fərdlərin dövlət nəzarətində müalicə və reabilitasiya sistemlərinə cəlb edilməsi zəruridir. Bu şəxslərin istifadə etdiyi maddələrin müəyyən dozalarla və nəzarət altında tibbi sistemlər məsələn, aptek şəbəkəsi və ya xüsusi reabilitasiya mərkəzləri vasitəsilə təmin olunması mexanizmi yaradılmalı və bu sistem daha da təkmilləşdirilməlidir. Belə yanaşma həm ictimai təhlükəsizliyi təmin etməyə, həm də narkotik asılılığı olan şəxslərin tədricən reabilitasiyasına şərait yaratmağa xidmət edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol