Türkiyəli nevroloq dosent Uyqar Utku bildirib ki, COVİD-19 pandemiyasından sonra gənclər arasında insult hallarına daha çox rast gəlinir.
Sherg.az xəbər verir ki, nevroloqun sözlərinə görə, insultun yaşı yoxdur və erkən müdaxilə xəstənin sağ qalması və bərpası üçün həlledici əhəmiyyət daşıyır.
Mütəxəssis qeyd edib ki, müasir tibbi üsullarla tutulmuş damarları açmaq, qanaxmaya səbəb olan damarları isə qapalı üsulla müalicə etmək mümkündür. O, sağlam qidalanma, fiziki aktivlik və vaxtında tibbi yardımın insult riskini azaltmağa kömək etdiyini vurğulayıb.