Yaponiyada dəmir yolu işçilərinin istifadə etdiyi “Şisa Kanko” (işarə et və səsləndir) üsulu diqqəti artırmaq və unutqanlığı azaltmaq üçün effektiv metod kimi təqdim olunur. Bu texnikada insan yerinə yetirdiyi hərəkəti həm işarə edir, həm də ucadan səsləndirir. Məsələn, qapını bağladıqdan sonra qapıya işarə edərək “Qapını kilidlədim” demək.
Sherg.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, bu üsul insan səhvlərini əhəmiyyətli dərəcədə azaldır və diqqətin cəmlənməsinə kömək edir. Mütəxəssislərin fikrincə, görmə, eşitmə və hərəkət hisslərini eyni vaxtda işə saldığı üçün məlumatın yadda qalmasını asanlaşdırır.
Şisa Kanko xüsusilə diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB) olan şəxslər üçün faydalı hesab edilir. Mütəxəssislər bildirirlər ki, dərman qəbulunu, vacib əşyaları götürməyi və ya gündəlik tapşırıqları unutmamaq üçün bu sadə üsuldan istifadə etmək mümkündür. Məsələn, “Açarlar yanımdadır”, “İşıqları söndürdüm”, “Dərmanımı qəbul etdim” kimi ifadələri ucadan demək diqqəti artırır və unutqanlığın qarşısını alır.