Günəşin təsiri ilə kəskinləşən xəstəliklər açıqlandı
23:14 26.06.2021
Sağlamlıq
503
İsti havalarda ultrabənövşəyi şüalarla yanaşı infraqırmızı şüalar və havanın rütubəti insan orqanizminə təsir göstərir.
Sherg.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri doktoru, dermatoveneroloq İrina Skoroqudayeva Günəşin ağırlaşdırdığı xəstəliklər barədə danışarkən bildirib.
Onun sözlərinə görə, yüksək rütubətə görə istilik vurmasına məruz qalmaq mümkündür.
"Nəm hava ürək-damar diaqnozu qoyulmuş xəstələr üçün çox çətin haldır", - deyə ekspert qeyd edib.
O vurğulayıb ki, ultrabənövşəyi şüalar açıq rəngli dərisi olan insanlar üçün xüsusilə təhlükəlidir, çünki genetik səviyyədə müdafiədən məhrumdurlar.
"Bu insanlar demək olar ki, qarala bilmirlər və hətta qısa müddətdə, intensiv günəş olmasa belə (məsələn, səhər və axşam) yana bilərlər", - deyə o vurğulayıb.
Həkimin sözlərinə görə, ən böyük problem Günəş işığının təsiri ilə yaranan xərçəngdir.
"Bundan başqa, yayda ciddi xroniki xəstəlik olan rosacea yarana bilər, immunitet pozulduğu üçün viruslu xəstəliklər, herpes kəskinləşə bilər. Dəridə kollagen məhv olur, piqmentasiya, yanıqlar meydana gəlir, yaşlanma sürətlənir", - deyə o əlavə edib.
Skoroqudaneva Günəşin faydalarından da danışıb.
"Məsələn, günəşli günlərdə serotonin və D3 vitamini (hansı ki, Günəşdə qaraldıqdan sonra - cüzi qızartıda, ancaq yanıq olmadığı zaman dəridə sintez olunur) istehsal olunduğu üçün depressiv vəziyyətin faizi azalır".
Mütəxəssis, su içmə rejiminə riayət etməyi və bədəndə lazımi mikroelementləri saxlamaq üçün kifayət qədər duz istehlak etməyi məsləhət gördü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya