Qisas almaq istəyi təbii emosional reaksiya kimi görünsə də, uzunmüddətli qəzəb və kin hissi insan sağlamlığı üçün ciddi risklər yarada bilər.
Sherg.az xəbər verir ki, ümumi praktika həkimi və kardioloq Andrey Kondraxin bildirib ki, qisas barədə davamlı düşünmək orqanizmi daimi stress vəziyyətində saxlayır və bu, ürək-damar sisteminə əlavə yük yaradır.
Həkimin sözlərinə görə, mənfi emosiyalar, xüsusilə də uzun müddət davam edən və təkrarlanan qəzəb hissi orqanizmin daxili resurslarını tükəndirir. Nəticədə stress hormonlarının səviyyəsi yüksəlir, bu da insult, ürək-damar xəstəlikləri və digər ciddi sağlamlıq problemlərinin riskini artırır.
Mütəxəssis vurğulayıb ki, qisas hissi keçdikdən və ya insan məqsədinə çatdıqdan sonra belə, orqanizmin bərpa olunması üçün müəyyən vaxt tələb olunur.
Qeyd edək ki, psixiatr Yelena Zelenkova-Zaxarçuk daha əvvəl gizlədilən və ifadə olunmayan qəzəbin yuxu pozuntularına, xroniki yorğunluğa və emosional tükənməyə səbəb ola biləcəyini bildirmişdi.