İsrailli xanımın qazimizə dəyər verməsi bizi çox sevindirir
08:57 06.03.2021
Sağlamlıq
565
Paşa Qəlbinur göz transplantasiyasından danışıb
İsrailli qadın rəhmətə getmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb.
YAŞAT fondundan verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyev məhz bu xeyirxahlığın nəticəsində görmə qabiliyyətini bərpa edib.
Göz transplantasiyası haqqında "Şərq"ə danışan tanınmış oftalmoloq Paşa Qəlbinur qeyd edib ki, bu proses Azərbaycanda keçən əsrdən bəri mövcuddur:
"Keratoplastika, yəni gözün buynuzlu qişasının köçürülməsi prosesinə keçən əsrin əvvəllərində Rusiyanın Odessa şəhərində dünya şöhrətli göz xəstəlikləri üzrə alim-akademik V.P. Filatovun xidmətləri və zəhməti əsasında başlanılıb. Həmin dövrdə, təxminən 1917-1920-ci illərdə professor Sona Vəlixan Azərbaycanda keratoplastika əməliyyatları keçirib və uzun illər bununla məşğul olub. Sona xanımdan sonra elmlər namizədi Bilqeyiz adlı bir xanım həmin əməliyyatları davam etdirib. Mən də 1982-ci ildən bu günə qədər keratoplastika əməliyyatı edirəm".
Paşa bəy həmçinin deyir ki, israilli bir xanımın bu cür hərəkəti bizi olduqca sevindirir: "İsrail dövləti müharibənin ilk günündən yanımızdq olaraq bildirmişdi ki, biz Azərbaycanla müharibə edən dövlətə silah satmarıq. Hazırda ordan gələn həkimlərin qazilərimizin müalicəsində iştirak etməsi bizi çox sevindirir. İsrail respublikasının dövlətimizə qarşı bu cür addımları bizim üçün çox dəyərlidir".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual