Karantin qaydalarının sərtləşdirilməsinə heç bir ehtiyac yoxdur
23:28 03.03.2021
Sağlamlıq
915
Avropa ölkələrinə baxanda koronavirusla bağlı vəziyyət Azərbaycanda çox yaxşıdı
Koronavirusa yoluxmaların sayında son günlərdə artım müşahidə edilməkdədir. Təbii ki, bu artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklərlə əlaqəlidir. Həmçinin nəzərə alaq ki, havaların bir az soyuq keçməsi həm COVID-19, həm də digər qripal xəstəliklərin artma reallığı ilə insanları üz-üzə qoymaqdadır.
Bu gün digər narahatverici məqamlardan biri Novruz bayramı günlərində milli dəyərlərimizdən qaynaqlanaraq insanlar arasında təmasların daha da artması və koronavirusa yoluxma sayının artması üçün daha bir zəmin yaratmasıdır. Təbii ki, ölkədə epidemioloji vəziyyətin yenidən istəmədiyimiz səviyyəyə gəlməməsi üçün hər bir vətəndaşın mövcud epidemioloji qayda-qanunlara daha ciddi şəkildə riayət etməsi vacibdir. Əks təqdirdə məcburiyyət qarşısında bütün dünyada olduğu kimi ölkəmizdə də belə qərarların verilməsi bəzən qaçılmaz olur. Hətta zaman-zaman müəyyən orta məktəblərdə dərslərin müvəqqəti olaraq distant təhsilə qayıtdığının şahidi oluruq. Ümumiyyətlə, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət necədir? Yenidən karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac varmı?
Suallarımızı cavablandıran həkim-pulmonoloq Ramin Nəriman "Şərq"ə açıqlamasında bildirib ki, bu günləri ölkəmizdə koronavirusla bağlı vəziyyət çox qənaətbəxşdir. Həkimin sözlərinə görə, bunun üçün Avropa ölkələrinin statistik göstəricilərinə diqqət etmək kifayətdir:
"İlk olaraq qeyd edim ki, düzdür, orta məktəblərdə koronavirusa yoluxma halları qeydə alınır. Amma bu, kütləvi xarakterdə deyil.
Yəni bəzi məktəblərdə "Covid-19" aşkarlandığına görə daha da geniş yayılma olmasın deyə profilaktik məqsədlə məktəblər müvəqqəti olaraq bağlanır. Təbii ki, bu o demək deyil ki, digər məktəblər də bağlanmalıdır.
Azərbaycanda pandemiyaya görə vəziyyət çox qənaətbəxşdir. Yəni müqayisə üçün Avropa ölkələrinin statistik göstəricilərinə baxa bilərsiniz. Yəni bugünkü vəziyyət koronavirusa görə çox yaxşıdır.
Ona görə də hansısa sərtləşdirmə tədbirlərinə, karantin qaydalarının ciddiləşdirilməsinə gərək olduğunu düşünmürəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual