İlk dəfə 1976-cı ildə qeyd olunan Legioner xəstəliyi son zamanlar axtarış motorlarında tez-tez istifadə edilən terminə çevrilib.
Bəs Legioner xəstəliyi nədir və necə müalicə olunur?
Medicina.az xəbər verir ki, 1976-cı ildə Amerika Legionerləri arasında təşkil edilən tədbirdən sonra iştirakçılar arasında baş verən epidemiya nəticəsində müəyyən edilən Legioner xəstəliyi son zamanlar axtarış motorlarında tez-tez istifadə edilən terminə çevrilib. "Kondisioner xəstəliyi" kimi də tanınan bu xəstəliyin təfərrüatları maraq mövzusuna çevrilib.
İlk dəfə 1976-cı ildə diqqətə çatdırılan Legionella xəstəliyi, Legionellaceae ailəsinə aid olan "Legionella pneumophila" bakteriyasının yaratdığı bir xəstəlik növüdür. Ağciyər infeksiyasına səbəb olan bu bakteriya yüngül qızdırmaya səbəb olur, lakin zəruri tədbirlər görülmədikdə ölümcül pnevmoniyaya çevrilmə riskini daşıyır. Bundan əlavə, aşağı tənəffüs yolları vasitəsilə bütün bədən sisteminə təsir edə bilən bakteriya ağır bir xəstəliyə apara bilər. Erkən diaqnoz qoyulmaması xəstənin ölümünə səbəb ola bilər. "Kondisioner xəstəliyi" də adlandırılan Legionella xəstəliyi, tənəffüs yolları vasitəsilə jakuzi hovuzları, kondisioner sistemləri və ventilyasiya sistemləri kimi mühitlərdən ötürülür.
Legionella xəstəliyinə qarşı heç bir peyvənd hazırlanmayıb. Buna görə də, bu xəstəliyə qarşı fərdi tədbirlər görülməlidir. Legionella xəstəliyindən qorunmaq üçün nəzərə alınmalı əsas məqamlar aşağıdakılardır:
- Duş başlıqları və kranlar müntəzəm olaraq təmizlənməlidir.
- Soyuq su istifadə edən cihazlarda suyun temperaturu 20 dərəcədən aşağı saxlanılmalıdır.- İsti su həmişə dövriyyədə olmalıdır. - Kondisioner sistemlərindəki borular müntəzəm olaraq təmizlənməlidir.
- İstilik sistemlərinin illik texniki xidməti laqeyd edilməməlidir. - Soyuq su çənlərinin içi müntəzəm olaraq dezinfeksiya edilməlidir.
- Spa və jakuzi hovuzlarında suyun ən azı yarısı gündəlik dəyişdirilməlidir.