Mütəxəssislərdən xəbərdarlıq: Körpəni ayaqda yelləyərək yatızdırmaq risklidir

Körpələri ayaqda yelləyərək yatızdırmaq uzun illərdir tətbiq olunan üsullardan biri olsa da, mütəxəssislər bunun bəzi mənfi təsirlərə səbəb ola biləcəyini bildirirlər.

Sherg.az xəbər verir ki, uşaq sağlamlığı üzrə türk mütəxəssis Merve Celep Kıyak qeyd edib ki, yüngül və ritmik yelləmə körpəni sakitləşdirə bilər, lakin bu vərdiş onun müstəqil şəkildə yuxuya getmə bacarığının formalaşmasını gecikdirə bilər.

Mütəxəssis vurğulayıb ki, körpənin sərt şəkildə silkələnməsi təhlükəlidir və Sarsılmış Körpə Sindromu adlanan beyin travmasına səbəb ola bilər.

Həkimlər valideynlərə körpə üçün sabit yuxu rejimi yaratmağı, onu tam yatmamış, yuxulu vəziyyətdə yatağa qoymağı və təhlükəsiz yuxu mühiti formalaşdırmağı tövsiyə edirlər. Bu üsul körpənin zamanla özbaşına yuxuya getmə bacarığını inkişaf etdirir.