İnsanların öz düşüncələri ilə münasibətində yaşadığı daxili gərginlik və özünütənqid müasir dövrdə artan psixoloji problemlərdən biri kimi qiymətləndirilir.
Sherg.az xəbər verir ki, mütəxəssislərə görə, bu vəziyyət stressi artırır və insanın emosional balansına mənfi təsir göstərir.
Bildirilib ki, özünü bağışlama prosesi üç əsas mərhələdən ibarətdir: səhvlərin qəbul edilməsi, onlardan dərs çıxararaq minnətdarlıq hissinin formalaşdırılması və insanın özünü təbii proses kimi anlaması.
Qeyd olunur ki, bu yanaşma müntəzəm meditasiya və şüurlu diqqət təcrübəsi ilə birləşdirildikdə insanın özünə qarşı daha yumşaq və anlayışlı münasibət formalaşdırmasına kömək edir, daxili rahatlıq yaradır.