Qocalmanı dayandırmaq mümkün olacaq

ALİMLƏR YENİ PREPARAT ÜZƏRİNDƏ İŞLƏYİR

Rusiyada alimlər qocalmanı ləngitmək məqsədilə yeni gen terapiyası preparatı üzərində çalışır. Layihə çərçivəsində hüceyrələrin qocalma prosesini başladan “RAGE” geninin bloklanması hədəflənir. Mütəxəssislərin fikrincə, bu genin aktivliyi hüceyrə səviyyəsində yaşlanmanı sürətləndirir, onun bloklanması isə əksinə, hüceyrələrin “gəncliyini” daha uzun müddət qorumağa kömək edir.

Məlumata görə, preparatın hazırlanması müasir genetik texnologiyalara əsaslanır və bu qocalma ilə mübarizədə ən perspektivli yanaşmalardan biri hesab olunur. Tədqiqatlar ölkədə həyata keçirilən “Sağlamlığın qorunması üçün yeni texnologiyalar” milli layihəsi çərçivəsində aparılır.

Alimlər hesab edir ki, belə innovativ yanaşma gələcəkdə yaşla bağlı xəstəliklərin profilaktikasında və insanların ömrün artırılmasında mühüm rol oynayır. Bununla yanaşı, layihə hələ inkişaf mərhələsindədir və klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var. Saglamolun.Az