Ruhunuzu rahatladacaq 7 tövsiyə

Araşdırmalara görə 1 saat yoga əvəzinə 20 dəqiqə qaçış daha effektiv şəkildə stresi azaldır

Həyat nə qədər mükəmməl görünsə də, bəzən hər şey qarışa bilər. Sherg.az belə anlarda rahatlamaq üçün 7 sadə üsul təqdim olunur:

Zəng edin, mesaj yazmayın

Telefonla birinin səsini eşitmək stressi azaldır və oksitosin hormonunun ifrazını artırır. Mesajlaşma eyni effekti vermir.

Sitrus meyvələrindən istifadə edin

Portağal, qreypfrut və ya çaya limon əlavə etmək əhval-ruhiyyəni yaxşılaşdıra bilər.

Gülümsəyin

Gülümsəmək orqanizmi rahatladır, ürək döyüntüsünü azaldır və insanı daha sakit hiss etdirir.

Xüsusi bir təcrübə yaşayın

Hündür bir yerdən mənzərə izləmək və ya gün batımına baxmaq kimi anlar daha xoş əhval yaradır.

Sözlərinizə diqqət edin

Mənfi insanlar və ifadələr əhvalınıza təsir edir. Müsbət danışıq və düşüncə vacibdir.

İşıqlanma mühitini düzgün seçin

Sərt və yuxarıdan gələn işıq narahatlıq yarada bilər. Yumşaq işıq daha sakitləşdiricidir.

Qısa, intensiv idman edin

Araşdırmalara görə 1 saat yoga əvəzinə 20 dəqiqə qaçış daha effektiv şəkildə stresi azaldır.