“Səhər yataqdan ani qalxmaq ürəyi dayandırır” iddiası - Türkiyəli kardioloqdan AÇIQLAMA

Ürək tutması ilə bağlı olaraq sosial şəbəkələrdə yayılan “səhər yataqdan ani qalxmaq ürəyi dayandırır” iddiası müzakirələrə səbəb olub. Mütəxəssislər isə bunun elmi əsasının olmadığını bildirir.

Sherg.az xəbər verir ki, Türkiyəli kardioloq Doç. Dr. Özge Özden Kayhanın açıqlamasına görə, ani ayağa qalxanda bədəndə qısa müddətli təzyiq düşməsi və başgicəllənmə ola bilər, lakin bu vəziyyət ürəyin dayanmasına səbəb olmur.

Həkim qeyd edib ki, səhər saatlarında infarkt riskinin daha çox görülməsi “ani qalxmaq”la yox, hormonların dəyişməsi, təzyiqin artması, qanın laxtalanma meylinin yüksəlməsi kimi bioloji proseslərlə bağlıdır.

Risk qrupuna daxil olan şəxslərdə - yüksək təzyiq, diabet, damar sərtliyi və siqaret istifadəsi olanlarda-səhər saatları ürək-damar sistemi üçün daha həssas dövr hesab olunur.

Mütəxəssis vurğulayıb ki, sağlam insanlarda bu dəyişikliklər normaldır və təhlükəli deyil. Lakin risk qrupundakılara yataqdan daha yavaş və nəzarətli qalxmaq tövsiyə olunur.

Həkim həmçinin sosial şəbəkələrdə yayılan “60 saniyəlik sabah protokolu” kimi iddiaların elmi cəhətdən tam sübut olunmadığını bildirib və əsas qoruyucu amillərin sağlam həyat tərzi, düzgün qidalanma, hərəkət və siqaretdən uzaq durmaq olduğunu qeyd edib.